XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2017 - 14:30

Misirin sabiq baş naziri qonşu ölkədə həbs olundu –Prezident olmaq istəyirdi...

Birləşmiş Ərəb Əmirliklərində yaşayan və ölkəsində keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayan Misirin sabiq baş naziri Əhməd Şəfiq həbs olunub.

TRT xəbər verir ki, bu barədə Şəfiqin vəkili Dina Ədli Hüseyn bildirib.

Onun sözlərinə görə, BƏƏ-də evində olarkən polislər tərəfindən aparılıb.

Qeyd edək ki, Misirdə dövlət çevrilişi ilə vəzifəsindən uzaqlaşdırılan Məhəmməd Mursinin qalib gəldiyi 2012-ci il prezident seçkilərində namizəd olan Əhməd Şəfiq  2018-ci ildə də ölkəsində keçiriləcək seçkilərdə namizədliyini irəli sürəcəyini bildirmişdi.

Şəfiq bu qərarından sonra Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyi tərəfindən ona "səyahət qadağası” qoyulduğunu açıqlamışdı/Qafqazinfo.az.