XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2017 - 16:57

Rəsmi Moskvadan xəbərdarlıq:"Müharibə başlasa, ilk qurbanlar Yaponiya və Cənubi Koreya olacaq"

"Koreya yarımadasında müharibə başlasa ilk qurbanlar Yaponiya və Cənubi Koreya olacaq".

Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya Şimali Koreyanın nüvə silahına sahib olmaqla bağlı tələblərini qəbul etməyəcək:

"Biz BMT Təhlükəsizlik Şurasının qərarlarını dəstəkləyirik. Bundan başqa, Pxenyanın nüvə sınaqlarını qınaqmaqla yanaşı, amerikalıları da unutmamalıyıq. Onların təxribat xarakterli çıxışları da qınanmalıdır"/Teleqraf.com.