XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

05 Dekabr 2017 - 11:55

Saakaşvili evində aparılan axtarış görə intihar etmək istədi, polis saxladı –FOTO, VİDEO

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili bu gün Ukraynda evində axtarış aparan polisə etiraz olaraq yaşayış binasının damına çıxıb.

Strateq.az Ukrayna mediasına istinadən xəbər verir ki, o, axtarış dayanmazsa, intihar edəcəyini bəyan edib. 

Saakaşvili isə binanın başından hakimiyyətin əleyhinə sərt bəyanatlar səsləndirib, xalqı rejimə qarşı mübarizəyə çağırıb. Tərəfdarları isə "Mişa, biz səninəyik" şüarları səsləndirərək, onu intihar fikirindən daşındırmağa çalışıblar.

Son məlumata görə, təhlükəsizlik qüvvələri hadisəyə müdaxilə edərək, Saakaşvilini saxlayıblar.

Qeyd edək ki, polis Saakaşvilinin Kiyevdə Kostelnaya – 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb.

Strateq.az