XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2017 - 13:21

Ukrayna artıq ABŞ-dan operativ-taktiki silahlar alır –Səfirdən Rusiyanı qıcıqlandıracaq açıqlamalar

Ukrayna artıq kommersiya kontraktları əsasında, ABŞ-dan operativ-taktiki silah, o cümlədən qranatatanlar almağa başlayıb.

Strateq.az UNİAN.net-ə istinadla xəbər verir ki, bu haqda Ukraynanın ABŞ-dakı səfiri Valeriy Çalıy “Radio svoboda”ya müsahibəsində deyib.

Səfir deyib: “Bu, yeganə kontrakt deyil. Mən ancaq onu deyə bilərəm ki, bütün mövcud kontraktlar beynəlxalq qanunvericilik çərçivəsindədir. Və Ukrayna ixrac nəzarəti tələblərinə lazımi qaydada əməl edən ölkə kimi, silah alma hüququna malikdir. Siyahı genişdir, lakin taktiki, o cümlədən letal silah növlərilə məhdudlaşır. Ona görə də, bizim bir sıra siyasətçilərimizdən ABŞ-ın ölkəmizə silah verməməsi haqqında eşitmək mənə təəccüblü gəldi. Amerika silah verir, lakin bu silah operativ-taktikidir. Bu, qarşılıqlı əlaqənin dərinləşdirilməsinin növbəti mərhələsidir və aydındır ki, Rusiyaya daha güclü siqnaldır”.

Çalıyın fikrinə görə, prezident Donald Tramp artıq Konqresdən keçən, Ukraynaya 50 milyon dollarlıq silah verilməsi haqqındakı qanun layihəsini elə bu il imzalayacaq.

Səfir deyib: “Düşünürəm ki, bu, elə bu ildə olacaqdır. Daha güclü letal silahın verilməsinə gəldikdə isə, bu, məhz prezidentin verməli olduğu ayrıca qərardır, artıq bütün hazırlıq proseduraları yerinə yetirilib. Bu, siyasi qərardır və o, ehtiyatla, ABŞ-ın milli təhlükəsizlik maraqları nəzərə alınmaqla, qəbul ediləcək. Ümid edirki ki, hələ Rusiyadakı prezident seçkilərinə qədər, belə silahın verilməsinin çox mühüm və əlavə təsir vasitəsi olması haqqındakı bizim arqumentlərimiz eşidiləcəkdir”.

Çalıy əlavə edib: “Vaşinqtonun Ukrayna, Avropanın təhlükəsizliyinin birgə müdafiəsi, deməli, Ukraynanın suverenliyi və ərazi bütövlüyü haqqındakı mövqeyi dəqiqdir. Ukrayna prezidentinin, xarici işlər nazirinin amerikalı həmkarlarıyla görüşləri göstərdi ki, Amerika tərəfi Ukraynanın mühümlüyünü və birgə hərəkətin zəruriliyini aydın dərk edir”.