XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Dekabr 2017 - 13:30

Saakaşvilinin saxlanılmasına etiraz edən tərəfdarları ilə hökumət qüvvələri toqquşdu, atəş səsləri var-VİDEOLAR

Xəbər verdiyimiz kimi, Ukrayna hüquq-mühafizə orqanları əməkdaşları Gürcüstanın eks-prezidenti, "Yeni Qüvvələrin Hərəkatı” partiyasının lideri Mixail Saakaşvilinin evində axtarış aparıblar. 

Sabiq prezident isə buna etiraz olaraq, yaşadığı binanın damına çıxaraq, polisi intiharla hədələyib.

Strateq.az Ukrayna mediasına və Saakaşviinin sosial şəbəkədəki səhifəsinə istinadən xəbər verir ki, bundan sonra təhlükəsizlik qüvvələri Saakaşvilini saxlayıblar. Buna etiraz edən tərəfdarları ilə hökumət qüvvələri arasında qarşıdurma yaşanıb. İddiya görə, etirazçılara atəş açılıb.

Məlumata görə, Gürcüstanın keçmiş prezidenti Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur.