XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2017 - 15:27

“Amerikada Türkiyədəki kimi hərbi çevriliş prosesi yaşanır…” –Ərdoğandan ilginc açıqlama

"Amerikada Türkiyədəki kimi 28 fevrala bənzər (1980-ci il hərbi çevrilişi – red.) proses yaşanır".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı söyləyib.

“Keçmiş hökumətə məxsus bir qrup şəxs ölkəmizlə bağlı Trampın iradəsinə qarşı hərəkətə keçib. Bizim ABŞ-da tanıdığımız Trampdır və bu, belə də qalacaq. Bizi təqsirləndirmələrinin əsas səbəbi onminlərlə kilometrlik terror dəhlizidir. Rza Zərrab davasında əsas məqsəd ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların pozulmasını sübut etməkdir. Amerikanın İrana qarşı sanksiyalarını ilk olaraq öz şirkətləri və Qərbdəki müxtəlif ölkələr pozub. Bundan ya xəbərləri yoxdur, ya da təxribat  eyni şəkildə davam edir”, – deyə o, bildirib/Axar.az