XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

10 Dekabr 2017 - 17:48

Saakaşvili tərəfdarları aksiyalara başlayır- Ukraynanın bütün şəhərlərində

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları sabahdan başlayaraq bütün Ukraynada etiraz aksiyalarına başlayır.
 
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Ukrayna prezidentinin impiçmenti barədə qanunun qəbulu tələbi ilə Kiyevdə keçirilən aksiyada çıxış edən Yeni Qüvvələr Hərəkatı Partiyasının təmsilçisi Olqa Qalabala bəyan edib.
 
M. Saakaşvilinin sədri olduğu partiyanın təmsilçisi bildirib ki, sabahdan Ukraynanın bütün şəhərlərində aksiyalara başlanacaq. Partiya üzvləri rayon və vilayət mərkəzlərində dinc aksiyalar keçirəcək. O. Qalabala növbəti bazar günü də Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşünün keçiriləcəyini bildirib.