XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

11 Dekabr 2017 - 16:02

“Türkiyə və İranla birlikdə Suriyaya sülh gətirəcəyik” –Putin İŞİD-i hədələdi

Rusiya prezidenti Vladimir Putin bu gün Suriyada Bəşər Əsədlə birlikdə Rusiya hərbi qüvvələrinin bazasında olub.

Strateq.az xəbər verir ki, Putin Hmeymim hərbi bazasında hərbçilər qarşısında çıxışında qoşunların Suriyadan çıxarılma əmrini verib: "Müdafiə nazirinə, Baş Qərargah rəisinə Rusiya qoşun qruplaşmalarının çıxarılmasına başlanmasını və daimi dislokasiya məntəqəsinə göndərilməsini əmr edirəm".

Rus lider qeyd edib ki, ölkəsi Hmeymimdəki hava bazası ilə Tartusdtakə dəniz bazasında varlığını saxlayacaq.

Putin Rusiya və Suriya ordularının keçen 2 ildə ən böyük beynəlxalq terror təşkilatlarından biri olan İŞİD-i yox etdiklərini deyib. Əlavə edib ki, "Əgər terroristlər Suriyada başını çıxarmağa çalışırsa, Rusiya onları güclü bir şəkildə vuracaq".

Putin onu da bildirib ki, Türkiyə və İranla birlikdə Suriyaya sülh gətirəcəklər: "İnanıram ki, biz bu siyasi prosesi uğurla bitirəcəyik".