Rusiya dövlət başçısı Vladimir Putin bir az əvvəl Ərdoğanla görüşmək üçün Misirdən birbaşa Ankaraya gəlib.
Strateq.az xəbər verir ki, Beştəpədəki iqamətgahda baş tutan iki liderin görüşü təxminən 1 saat çəkib.
Görüşdə Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov da iştirak edib.
Görüşdə Suriya və bölgədəki vəziyyət, Trampın Qüds qərarı və Türkiyənin Rusiyadan alacağı S-400 raketləri gündəmin əsas mövzusu olub. Hər iki lider qeyd edilən məsələlərlə bağlı mühüm mesaj və açıqlamalar veriblər.
Strateq.az hər iki liderin keçirdiyi birgə mətbuat konfransının videosunu təqdim edir: