XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

11 Dekabr 2017 - 23:55

Hakim Saakaşvilini həbs etməkdən imtina etdi –Sabiq prezident buraxıldı

Kiyev məhkəməsi Odessa vilayətinin sabiq başçısı və Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin etməyib.

Hakim Saakaşvilini Ali Rada deputatlarının zaminliyi ilə sərbəst buraxıb.

Məhkəmənin növbəti iclası dekabrın 14-də keçiriləcək.

Qeyd edək ki, Mixeil Saakaşvili dekabrın 8-də Kiyevdə saxlanılıb. O, Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur/APA.