XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2017 - 14:18

Netanyahu Avropadan dəstək ala bilmədi, Yunkerlə görüşü ləğv etdi –Qüds problemi

İsrail Baş naziri Benyamin Netanyahu Brüsselə səfərini yarımçıq kəsərək, geri dönüb.

Bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb. Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker və Avropa Birliyinin xarici işlər nazirləri ilə görüş üçün Brüsselə gedən Netanyahu burada heç bir dəstək ala bilməyəcəyini dəqiqləşdirdikdən sonra Yunkerlə görüşünü ləğv edərək, ölkəsinə qayıdıb.

Netanyahu Brüsseldə yalnız Avropa Komissiyasının Təhlükəsizlik və Xarici Siyasət üzrə komissarı Federika Moqerini ilə görüşüb. Görüşdən sonra Moqerini AB-nin ABŞ kimi addım atmayacağını söyləyib. Netanyahunun kəskin qərar qəbul etməsinə də məhz bu məsələ səbəb olub.

Qeyd edək ki, Netanyahu AB-yə 22 ildən sonra ilk dəfə rəsmi səfər edib/Axar.az.