XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 Dekabr 2017 - 00:20

“Biz Suriyada qalib gəldik, İraqda qələbə qazandıq, lakin İŞİD digər əyalətlərə yayılır” –Tramp

Amerika lideri Donald Tramp bəyan edib ki, ABŞ İraq və Suriyada İŞİD terror qruplaşması üzərində qələbəyə nail olub.

Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

"Bildiyiniz kimi, biz Suriyada qalib gəldik, biz İraqda qələbə qazandıq, lakin onlar digər əyalətlərə yayılırlar. Biz yayıldığı sürətlə onları izləyirik", — deyə Tramp 2018-ci il üçün müdafiə büdcəsinin imzalanma mərasimi zamanı bildirib.

Trampın sözlərinə görə, onun administrasiyasının son 8 ay ərzində İŞİD-lə mübarizədə qazandığı uğurlar, sabiq dövlət başçısı Barak Obama administrasiyasının bütün xidmət müddəti boyu əldə etdiklərindən daha böyükdür/Report.