XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

13 Dekabr 2017 - 17:48

“Şərqi Qüds Fələstinin paytaxtıdır” –İslam Əməkdaşlıq Təşkilatından tarixi qərar

Bu gün Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatı fövqəladə iclasında Fələstinlə bağlı sensasion bəyanat verilib.

Strateq.az xəbər verir ki, təşkiata daxil olan dövlətlərin imzaladığı birgə bəyanata görə, Şərqi Qüds Fələstinin paytaxtı kimi tanınıb: "Bütün ölkələri işğal altında olan Şərqi Qüdsü Fələstinin paytaxtı olaraq tanımağa dəvət edirik".

Eyni zamanda, ABŞ-a Qüdslə bağlı qərarından çəkilmək tələb olunub: "ABŞ bu qərarından və sülh danışıqlarındakı rolundan geri çəkilməlidir. Əgər çəkilməsə, o zaman bütün məsuliyyət ABŞ-da qalacaq".