XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 00:07

İsrailin baş naziri Mahmud Abbasa çağırış etdi:"Sülhə doğru hərəkət edək"

İsrailin baş naziri Benyamin Netanyahu Fələstin hakimiyyətini radikallaşmaya yox, sülhə doğru hərəkət etməyə çağırıb.

TASS xəbər verir ki, o, Fələstin lideri Mahmid Abbasın Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının sammiti zamanı beynəlxalq ictimayyətin öz qərarına yenidən baxmağa çağırışından sonra bu bəyanatla çıxış edib.

Qeyd edək ki, dekabrın 13-də Ankarada keçirilən sammitdə 48 müsəlman ölkəsinin nümayəndələri iştirak edib. Onlardan 16-ı dövlət başçısı səviyyəsində təmsil olunub. Sammitin yekunlarına dair "Şərqi Qüds Fələstinin paytaxtıdır" məzmunlu yekun bəyannamə qəbul olunub.

Qeyd edək ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüds şəhərini İsrailin paytaxtı elan edib və ölkəsinin səfirliyinin yaxın zamanlarda bu şəhərə köçürüləcəyini bildirib/Report.