XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Dekabr 2017 - 17:11

Putinlə Sobçak mətbuat konfransında “atışdı”:"Küçələrdə "saakaşvililərin" qaçmasına imkan verməyəcəyik!"

Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransında gərgin anlar yaşanıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, tanınmış teleaparıcı, qarşıdakı prezident seçkilərində Putinə rəqib olmağı planlaşdıran Kseniya Sobçak Rusiya prezidentinə sual ünvanlayıb.

Sobçak Putindən ölkədə müxalifətin niyə sıxışdırıldığı və Aleksey Navalnının seçkidə iştirakının niyə əngəlləndiyini soruşub.

"Siz burada jurnalist kimi iştirak edirsiz? Yoxsa sizdən əvvəlki natiq (sual verən-red:) kimi yalan danışırsız və bura namizəd kimi gəlmisiz?", – deyə Putin Sobçakın sualına sualla qarşılıq verib.

Sobçak jurnalist olduğunu və  «Dojd» telekanalını təmsil etdiyini deyib.

Bunun ardınca Navalınını Mixail Saakaşvili ilə müqayisə edən Putin bildirib ki, müxalifət müsbət fəaliyyətlərin əks olunduğu aydın və başadüşülən proqramla çıxış etməlidir: «Biz Rusiyada ikinci Ukraynanın olmasını istəmirik və buna imkan verməyəcəyik! Hakimiyyətə proqramı olmayan müxalifət nümayəndəsinin gəlməsi Rusiyada "Maydan"ın baş verməsi və küçələrdə "saakaşvililərin" qaçması deməkdir. Rusiya xalqı radikalizmi istəmir. Lakin bununla belə, ölkədə siyasi rəqabət olmalıdır".

Strateq.az