XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

14 Dekabr 2017 - 22:52

Rəsmi Vaşinqton hədəfə kilidlənir:“İranın qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”

ABŞ İran əleyhinə beynəlxalq koalisiya yaratmaq niyyətindədir.

Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bildirib.  

“İrana qarşı və onların (İran hakimiyyətinin –red.) etdiklərinin qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”, – deyə N.Xeyli Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.       

N.Xeyli növbəti dəfə İranı bu ölkəyə raket istehsalını qadağa edən BMT TŞ-in qətnamələrini pozmaqda, terrorizmi dəstəkləməkdə və bölgədə “aqressiv davranış” nümayiş etdirməkdə ittiham edib/APA.