XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

15 Dekabr 2017 - 14:31

Bakıda Qətərin Milli Günü qeyd edilib –Kəmaləddin Heydərov tədbirdə çıxış edib - FOTO

Qətər Dövlətinin Milli Günü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

Strateq.az  xəbər verir ki, səfir Yusif bin Həsən əl-Sai çıxış edərək ölkə müstəqilliyinin yaranama tarixindən, keçdiyi inkişaf yolundan danışıb. Azərbaycanla əlaqələrə toxunan səfir, ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini xüsusi vurğulayıb. 2017-ci ilin əvvəlində Hökumətlərarası Birgə İqtisadi, Ticari və Texniki Komissiyanın birinci toplantısının keçirildiyini xatırladan diplomat, bu kimi tədbirlərin Qətər və Azərbaycan arasındakı münasibətlərin inkişafına töhfə verdiyini açıqlayıb.  

O, həmçinin, ölkə başçısı İlham Əliyevin bu ilin fevralında Qətərə səfərinə də toxunub. Deyib ki, bu səfər iki dost ölkə arasındakı münasibətlərin inkişafına təkan verib, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb.

Azərbaycan hökuməti adından Qətər xalqını bayram münasibəti ilə təbrik edən fövqəladə hallar  naziri Kəmaləddin Heydərov bildirib ki, Qətər Dövləti müstəqilliyinin ilk illərindən uğurlu inkişaf yolu keçməklə bir çox regional və qlobal problemlərin həllində mühüm rol oynayıb. Nazir deyib ki, Qətər bu istiqamətdə dünya ictimaiyyəti qarşısında ədalətli mövqe nümayiş etdirməklə konstruktiv beynəlxalq əməkdaşlığa töhfə verib: “Qətər, həmçinin, dinamik inkişafı sayəsində regionun və dünyanın rəqabətə dayanıqlı və ən zəngin iqtisadiyyatlarından birinə çevrilib".

Ölkələrimiz arasında ikitərəfli diplomatik əlaqələrin 1994-cü ildə qurulduğunu  xatırladan nazir bildirib ki, Azərbaycanla Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərin xoş ənənələri mövcuddur: “Xalqlarımızın dini və mədəni bağlılığı beynəlxalq aləmdə mövqelərimizin üst-üstə düşməsi ölkələrimizi bir-birinə yaxınlaşdıran mühüm amillərdəndir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Qətər Dövlətinin Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləməsini yüksək qiymətləndiririk”.

K.Heydərovdaha sonra bildirib ki,  Azərbaycan və Qətər arasında iqtisadi, texniki, ticarət, kənd təsərrüfatı, turizm və sərmayələrin təşviqi istiqamətlərində bir sıra saziş və anlaşma memorandumları imzalanıb, münasibətlərin inkişafı üçün mühüm addımlar atılıb.

SƏMLA

Strateq.az