XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

18 Dekabr 2017 - 23:57

ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası açıqlandı –Rusiya və Çin yenə Birləşmiş Ştatların əsas rəqibləri elan olundu

Bazar ertəsi yeni milli təhlükəsizlik strategtiyasını açıqlayan Prezident Donald Tramp ötən prezident seçkilərini iflasa uğramış iqtisadi siyasətlərdən və dayaz sövdələşmə strategiyalarından imtina kimi təsvir edib.

“Siz uca və aydın səslə danışdınız,” – Prezident Tramp bəyan edib – “8 noyabrda siz Amerikanı yenidən əzəmətli etməyə səs verdiniz. Siz yeni rəhbərliyə, yeni strategiyalara və möhtəşəm yeni ümidə qucaq açdınız.”

“Amerika dirçəlir və Amerika qüdrətlə dirçəlir,” – deyə Pezidenti Donald Tramp yeni milli təhlükəsizlik strategiyasını açıqlayarkən söyləyib.

20 dəqiqə çəkən nitqdə ABŞ lideri ölkənin üzləşdiyi təhlükələrin qarşısını almaq üçün rəhbər tutulacaq prinsipləri incələyib.

Administrasiyasının işə başlamasından 11 ay sonra açıqlanan 53 səhifəlik strategiya sənədi “Amerikanı birinci qoymağı” prioritet olaraq elan edir. Bu strategiya başlıca olaraq dörd prinsipə əsaslanır: immiqrasiyanı məhdudlaşdırmaqla vətəni qorumaq, ədalətli ticarət tərəfdaşlığını təmin etmək, hərbi qüvvələri gücəndirmək və qlobal miqyasda ABŞ nüfuzunu genişləndirmək.

“İstəklərimizdən asılı olmayaraq, biz yeni rəqabət erasına daxil olmuşuq,” – Prezident Tramp bildirdi.

Öncəki Barak Obama administrasiyasından fərqli olaraq, Prezident Tramp “cihadçı” terror təhlükəsini hədə kimi qeyd edib, eyni zamanda iqlim dəyişikliyini əsas təhlükələrdən biri kimi təsvir etməkdən boyun qaçırıb.

Son strategiya sənədində sabiq prezident Obama iqlim dəyişikliyini “milli təhlükəsizliyimizə təcili və artan təhlükə” kimi qiymətləndirmişdi.

Prezident Tramp Şimali Koreyadan qaynaqlanan təhlükə haqda danışıb, prezident Vladimir Putnlə şəxsi münasibətlərinə baxmayaraq, Rusiyanı rəqib kimi təsvir edib.

Prezident Trampın sözlərinə görə, Şimali Koreya kimi “azğın rejimlər” dünyada sülhə təhlükə törətməkdə davam edir. Eyni zamanda Çin və Rusiya kimi qüdrətlər “Amerikanın qüdrəti, nüfuzu, və maraqlarını sınağa çəkir, təhlükəsizliyini və firavanalığını zədələməyə can atır.”

“Biz Amerika iqtisadiyyatını canlandıracaq, hərbi qüvvələrimizi yenidən quracaq, sərhədlərimizi qoruyacaq, suverenliyimizi müdafiə edəcək və dəyərlərimzi irəlilədəcəyik,” – deyə Prezident Tramp bəyan edib.

Strategiya ABŞ-ın iqtisadi təhlükəsizliyini milli təhlükəsizliyin təməli kimi təqdim edir.

Sənəd ABŞ-ın başqa ölkələrlə mehriban münasibətlər qurmaqda maraqlı olduğunu vurğulayır, eyni zamanda müttəfiqlərlə əlaqələrdə bərabər hüquq və ədalət prinsiplərini rəhbər tutur.

Qeyri-qanuni immiqrasiyanı Amerika təhlükəsizliyinə hədə kimi təsvir edən Prezident Tramp Meksika ilə sərhədlərə nəzarəti möhkəmləndirəcəyini, ailəvi miqrasiya imkanlarını qapadacağını və "Green kart" lotereyasını ləğv edəcəyini bəyan edib.

Amerikanın Səsi