XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2017 - 11:12

İsrailin müdafiə nazirindən rəsmi Bakıya mesaj:“Erməni soyqırımı” mübahisəli məsələdir, Azərbaycan bizə çox vacibdir”

“Erməni soyqırımı” mübahisəli və nəzəri məsələdir”.

Bunu İsrailin müdafiə naziri Avidqor Liberman “RTVI” televiziyasına müsahibəsində deyib. 

Müxalifətdə olan “Yeş Atid” Partiyasının sədri Yair Lapidin İsrailin qondarma “erməni soyqırımı”nı tanıması üçün parlamentə təqdim etdiyi layihəyə münasibət bildirən nazir vurğulayıb ki, mübahisəli, nəzəri və yalnız tarixə aid olan bu məsələni yenidən qaldırmağa ehtiyac yoxdur: "Bunun İsrailin hazırkı mövqeyinə konkret olaraq təsir göstərəcəyinə inanmıram. Tarix baxımından da bu məsələdə çoxlu mübahisəli məqamlar mövcuddur”.

A.Liberman İsrailin “erməni soyqırımı”nı tanınmamasını ölkəsinin Azərbaycanla sıx əməkdaşlıq etməsi ilə əlaqələndirib: "Azərbaycanla münasibət bizim üçün çox vacibdir. Məsələni yüz dəfə müzakirə etmək lazımdır”.

Report