XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2017 - 16:24

Ərdoğan ərəb naziri topa tutdu:"Ey zavallı, biz Mədinəni qoruyanda, sənin əcdadın harada idi?”

"Ey zavallı, mənim əcdadım Mədinəni müdafiə edəndə, sənin əcdadın harada idi?".

Strateq.az xəbər verir ki, bu sualı bugünkü toplantıda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayedə ünvanlayıb. 

Ərdoğan ərəb nazirə xitabən deyib ki, türklər 1000 il boyu Qüdsü və bütün İslam çoğrafiyasını qoruyub: "Zalimlərin yanında yer almağı mərifət sayanların Mədinə müdafiəsi və Fəxrəddin Paşanı hədəf almaları boş yerə deyil.

Fəxrəddin Paşa Mədinəni 2 il 7 ay müdafiə edərkən, ey zavallı, sənin əcdadın harada idi?! İstanbuldan durub Mədinəyə gedən Fəxrəddin Paşa bunu nə üçün etdi? O müqəddəs torpaqları işğaldan qorumaq üçün Mədinəyə gəldi. Bəs, sənin əcdadın harada idi?!”.

Fəxrədddin Paşanın 2 il 7 ay Mədinədəki dirənişi təqdirəlayiqdir. Utanmadan "Ərdoğanın əcdadları müqəddəs əmanətləri oradan oğurlayaraq, İstanbula gətirdi" deyəcək qədər ey zavallı, bilirsənmi Mədinəni işğaldan qorumaq, şəhid olmaq Fəxrəddin Paşanın müqəddəs vəzifəsi olub?! 

Bilirsənmi Paşa oradakı müqəddəs əmanətləri 2 min nəfərlik qoruma ilə İstanbula niyə göndərib? Çünki işğalçı qüvvələrin əlinə keçəcəkdi. Bu əmanətlər, bilirsən indi haradadır? Onlar İstanbul Topqapı Müzeyində saxlanılır. Bu əmanətlər Qərbdəki məlum o yerlərə getsəydi, necə olacaqdı?!...".

Ərdoğan daha sonra ərəb nazirə daha bir tarixi faktı xatırladıb, ona xəbərdarlıq edib: "Sən Fəxrəddin Paşa kimi, Ərdoğanı da tanımamısan.  Sən öncə həddini bil. Biz sizin nə cür qara düşüncələr içində olduğunuzu əla bilirik. Bizim əcdadımız şərtlərın zorlaşdığı, dərman, yemək qalmadığı bir dönəmdə Mədinədə oldu, o zaman oranı böyük çəyirtkə sürüsü basmışdı. Fəxrəddin Paşa "Çəyirkənin sərçədən nə fərqi var, təmizdir, təzədir", deyərək, aylarla əsgərləri ilə çəyirtkədən qadalanıblar, şəhəri belə vəziyyətdə 2 il 7 ay qanları ilə qoruyublar…".

Xatırladaq ki,  Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Abdullah bin Zayed Tvitterdə Fəxrəddin Paşaya qarşı çıxış edib. O, bildirib ki, Osmanlı dövləti Mədinəni guya müdafiə etməyib, şəhəri yağmalayıb, qiymətli əmanətləri aparıblar. Zayed əlavə edib ki, Ərdoğanın əcdadlarının ərəblərlə əlaqəsi guya onları soymaq üzərində qurulubmuş…

Strateq.az