XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 09:12

Tramp Qüds qərarına qarşı çıxan dövlətləri hədələdi:"Bizdən milyardlarla dollar alırlar..."

ABŞ prezidenti Donald Tramp BMT Baş katibliyində Qüdsün İsrailin paytaxtı olaraq tanınmasına qarşı olan layihəyə səs verəcək ölkələri maliyyə dəstəyini kəsəcəyilə hədələyib.

"Reuters"ə istinadən xəbər verir ki, Tramp ABŞ-dan maliyyə yardımı alan ölkələrə açıq mesaj göndərib.

"Bizdən milyardlarla dollar almalarına baxmayaraq, bizə qarşı səs verirlər. Bu səsləri izləyirik. Buraxın, nə bilirlər etsinlər. Vecimizə deyil", deyə Tramp qeyd edib.

ABŞ prezidenti ölkəsinin əleyhinə səs verəcək dövlətlərlə münasibətlərinə yenidən baxacaqlarını bildirib/Teleqraf.com.