XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 10:46

İsrail parlamentində Ərdoğanla bağlı fikir ayrılığı yarandı –Yəhudi deputat cəza istədi, ərəb həmkarı sərt reaksiya verdi

İsrail parlamentində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Qüds qərarına reaksiyası müzakirə edilib.

Likud Partiyasının sağçı millət vəkili Yehuda Qlik Ərdoğanın Qüds açıqlamalarına görə cəzalandırılmasını tələb edib.

Parlamentdəki Ərəb Birliyi blokunun nümayəndəsi Əhməd ət-Tıybi isə bu tələbə sərt reaksiya göstərib.

Fələstin əsilli millət vəkili Ərdoğanın son dərəcə şərəfli addım atdığını bildirib. O, İsrail deputatlarını Ərdoğana hücumda ittiham edib. Ət-Tıybi qeyd edib ki, Qüds Fələstinin paytaxtı olub və olacaqdır/Teleqraf.com.