XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 15:06

Əsəd PKK/PYD-yə “Vətən xainləri” dedi, ABŞ-ın dəstəklədiyi silahlı dəstədən ilginc cavab gəldi:"Türkiyənin əlini gücləndirir"

“Başda ABŞ da olmaqla, istənilən xarici ölkənin mənafeyinə qulluq edənlər vətən xainləridir”.

Bunu Suriya lideri Bəşər Əsəd dünən PYD/PKK qruplaşmasının fəaliyyətini şərh edərkən deyib.

Əsədin bu sözlərinə kürd separatçılarının cavabı özünü çox gözlətməyib.

PYD/PKK rəhbərliyi altında olan Demokratik Suriya Qüvvələrinin müxtəlif yetkililəri ard-arda açıqlama verərək, Bəşər Əsədi ağır üslubla tənqid ediblər. Onların fikrincə, vətənə xəyanətdən danışmaq hüququna malik olan ən sonuncu şəxs Əsəddir və Suriya diktatorunun idarə etdiyi rejim çoxdan öz missiyasını başa vurub.

“Biz vətənpərvərlik vəsiqəsini Əsəddən almırıq. Suriyanı idarə edən Əsəd yox, xarici qüvvələrdir” – deyən DSG  hərbi birləşmələrinin komandirlərindən Rezzan Killo onu da əlavə edib ki, bu tipli açıqlamalar regionda növbəti əməliyyatlara hazırlaşan Türkiyənin əlini gücləndirir/Ovqat.com