XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

21 Dekabr 2017 - 16:44

Türkiyənin baş nazirindən ABŞ-a çağırış :"Tramp təhdid etməklə bütün sərhədləri aşdı"

"ABŞ Prezidenti Donald Tramp BMT ölkələrini təhdid etməklə bütün sərhədləri aşdı".

Bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

“BMT-də keçirilən səsvermədə ABŞ tək qaldı. Baş Assambleyada səs verənləri təhdid etmək dərəcəsinə qədər gəldilər. Nə qədər güclü olsa da, hər ölkə müstəqildir və öz qərarını verə bilər. Güclü olmaq haqlı olmaq demək deyil. ABŞ-ın bu səhvləri mütləq düzəltməsi gərəkdir”, – Yıldırım deyib.

Qeyd edək ki, Tramp Qüds müzakirəsində ABŞ-a qarşı səs verənlərə maliyyə yardımını dayandıracağını açıqlayıb/Axar.az.