Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması ilə bağlı məlumat yalan çıxıb.
Strateq.az “Report”a istinadən xəbər verir ki, FHN və hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışları zamanı binaya bomba qoyulmadığı məlum olub.
Bakı Dəmir Yolu Vağzalının binasındakı qurumların fəaliyyəti bərpa olunub.
Binaya bomba qoyulması barədə yalan məlumat verən şəxsin kimliyi araşdırılır.