XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

24 Dekabr 2017 - 00:02

Yunan nazirin “Bacarırsınızsa, gəlin 18 adanı geri alın” ultimatumuna CHP liderindən sərt cavab:"Kipr üçün də belə deyirdiniz..."

CHP lideri Kamal Kılıçdaroğlu Yunanıstana, onun müdafiə naziri Panos Kammenosa çox sərt mesaj verib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kamal Kııçdaroğlu bir müddət əvvəl yunanların Egedə 18 türk adasını işğa etməsi haqda bəyanat verib və Türkiyənin buna səssiz yanaşmasının səbəbini anlamadığını deyib.

Buna isə Türkiyə iqtidarından reaksiya olmasa da, Yunanıstanın müdafiə naziri ötən gün "Bacarırsınızsa, geri alın", – deyə bəyanata cavab verib. 

Bu gün isə CHP lideri Kamal Kılıçdaroğlu yunan nazirin utimatumuna cavab olaraq, həm ona, həm də Ərdoğana qarşı şox sərt səsləndirib: "Bəli, Yunanıstan Ege adalarının 18-ni işğal edib. Ay qardaş (Ərdoğanı nəzərdə tutur-red), mənim hər söylədiyimə söz yetişdirirsən, bir də bu 18 adayla bağlı bir söz de. Sənin əvəzində Yunanıstan müdafiə naziri mənə cavab verdi. "Gəl, al" deyir. 2019-da gələcəyəm, o adaların tamamını alacağam. Bir vaxtlar bunlar Kipr üçün də "Gəl, al" deyirdilər. Rəhmətlik Ecevit nə elədi? Çıxdı və getdi aldı. Bitdi bu qədər".

Kılıçdaroğlu Ərdoğanın yunan nazirə qorxudan cavab belə verə bilmədiyini iddia edib:

"Hanı bəs sən dünya lideri idin?! Hanı qardaşım, bəs hər kəs önündə titrəyirdi? Süleyman Şah Türbəsini öz topraqlarımızdan qaçırdıq. Kimsə mənə millilikdən danışmasın. Öz toprağını terror örgütünə buraxacaqsan, öz türbəni alıb qaçıracaqsan. Sonra da qaxıb mənə "Mən milliyəm" deyəcəksən. Olmaz, gərəkirsə, mən orada şəhid olaram, amma toprağımı qoruyaram. Vətənim üçün hər şeyi edərəm".

Strateq.az