XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

24 Dekabr 2017 - 22:21

ABŞ Ukraynaya tank əleyhinə yeni silahlar da verəcək –Departamentdən Moskvaya mesaj

"Amerika Ukraynaya tank əleyhinə raketlər də verəcək".

Bu haqda Dövlət Departamenti məlumat yayıb.

Departamentin bu məlumatı ilə paralel olaraq Ukrayna hökuməti ölkənin şərqindəki separatçılara Rusiya tərəfindən tanklar göndərdiyini bəyan edib.

“ABŞ Ukraynanın uzun müddətli müdafiəsi prosesinə dəstək olmaq, müstəqilliyini və ərazi bütövlüyünü müdafiəsi üçün ona yardımçı olmaq qərarı verib”, – deyə, Dövlət Departamentinin sözçüsü Neather Nauert bəyan edib.

Qeyd edək ki, Qərb mediası Dövlət Departamentində olan mənbələrinə söykənərək Ukraynaya 210- ədəd tank əleyhinə raket və 35 ədəd raket zərbəsi endirəcək qurğu verəcəyini qeyd edib. İlkin mərhələdə ABŞ Ukraynaya 47 milyon dollarlıq satış həyata keçirəcək. Rusiya isə ABŞ bu addımdan çəkinməyə dəvət edib/Teleqraf.com.