Cəbhənin Ağdam istiqamətində düşmənin kəşfiyyat aparan pilotsuz aparatı vurulub.
Strateq.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, dekabrın 25-i günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.