XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

26 Dekabr 2017 - 13:51

İsrail mediasından sensasion məqalə:"Tramp Fələstinə qarşı 8 maddəlik embarqo tətbiq edəcək" 

ABŞ Fələstinə qarşı yeni sanksiyalar tətbiq edəcək.

Bu barədə informasiyanı İsrail kəşfiyyatına yaxınlığı ilə seçilən "Debka fayl” portalı yayıb.

Sanksiyaların daha çox Mahmud Abbas və İordan çayının qərb sahilinə toxunacağı bildirir:

"ABŞ Prezidenti Donald Tramp Mahmud Abbasın tez-tez Amerikanın sülh danışıqlarındakı mövqeyini itirməsini söyləməsindən narahat olmağa başlayıb. Tramp diplomatları ilə birgə Fələstinə qarşı artıq 8 maddəlik embarqo hazırlayıb. 

Bu maddələrdə İsrail-Fələstin danışıqlarının sadəcə Təl-Əvivlə ərəb ölkələri arasında aparılması, Vaşinqtonun Fələstinlə əlaqələrini mərhələli şəkildə kəsməsi, Fələstin nümayəndələrinin ABŞ-a bir daha dəvət edilməməsi, Vaşinqtondakı Fələstin Azadlıq Təşkilatı ofislərinin bağlanması və danışıqlarda Abbası təmsil edən Saab Ərəkatın Ağ Evə qonaq olaraq dəvət edilməməsi məsələləri yer alıb. 

Bundan başqa, İordan çayının qərb sahilinə verilən 1 milyard dollarlıq yardımın dayandırılması üçün ABŞ həmçinin BMT-yə təzyiqlər edəcək”, – məqalədə bildirilir/Axar.az.