XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

26 Dekabr 2017 - 16:04

Sarkisyan BMT-də Gürcüstana qarşı çıxmasını Azərbaycanla əlaqələndirib –Tbilisidən açıqlama

Gürcüstanda rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin BMT-də Gürcüstanla bağlı qətnamələrin əleyhinə səs verməsinə aydınlıq gətirib.

Gürcüstan parlamentinin sədr müavini Giya Volski bildirib ki, S.Sarkisyan onları Ermənistanın mövqeyini anlayışla qəbul etməyə çağırıb: Serj Sarkisyan Ermənistanın mövqeyini izah edərkən ölkənin üzləşdiyi təhlükələri əsas gətirdi. Müzakirələr zamanı BMT-də Ermənistanın Abxaziya ilə bağlı qətnamələrin əleyhinə səs verməsinin səbəbləri barədə danışıldı. Səbəblərə Qafqazdakı ciddi problemlər, Ermənistan və Azərbaycan arasında gərgin münasibətlər aiddir”.

Qeyd edək ki, BMT Baş Assambleyasında Ermənistan Gürcüstanın ərazi bütövlüyü, eləcə də işğal altındakı ərazilərindən olan məcburi köçkün və qaçqınların öz yurdlarına qayıtması ilə bağlı qətnamələrin dəfələrlə əleyhinə səs verib/APA.