XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

26 Dekabr 2017 - 22:53

Lavrovdan Tillersona xəbərdarlıq:"Koreya ətrafında gərginliyin şiddətləndirilməsi yolverilməzdir"

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Reks Tillerson arasında telefon danışığı baş tutub.

Tərəflər Koreya yarımadasındakı son durumu müzakirə ediblər.

Lavrov bildirib ki, tez bir zamanda Şimali Koreyayla sanksiya dili ilə danışmaqdan imtina edilməlidir.

“Tərəflər Şimali Koreyanın nüvə raket arsenalının inkişaf etdirilməsinin BMT Təhlükəsizlik Şurasının qərarına zidd olduğunu qeyd ediblər. Bundan əlavə, Lavrov Koreya yarımadası ətrafında gərginliyin şiddətləndirilməsinin yolverilməz olduğunu bildirib. Eyni zamanda, o, Pxenyanla təcavüzkar ritorika ilə danışmağın əleyhinə olduğunu əlavə edib”, – deyə XİN-nin məlumatında bildirilib/Axar.az.