XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

26 Dekabr 2017 - 23:38

“Rusiya dünya miqyasında sabitləşmə amilidir…” –Prezident İlham Əliyev

"Rusiya dünya miqyasında sabitləşmə amilidir və beynəlxalq məsələlərdə aparıcı rollardan birini oynayır".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə deyib.

Azərbaycanın dövlət başçısı qeyd edib ki, Rusiya MDB-ni birləşdirən ölkə, birliyin əsas dövlətidir. Buna görə də Rusiyada baş verən müsbət proseslər bütün üzv ölkələrə təsir edir.

"Rusiya Vladimir Putinin rəhbərliyi altında ictimai-iqtisadi inkişafda çox böyük müvəffəqiyyətlərə nail olub. Rusiya beynəlxalq aləmdə böyük nüfuza malikdir və bu gün beynəlxalq məsələlərdə aparıcı rollardan birini oynayır", – deyə Azərbaycan Prezidenti bildirib/Report.