XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

28 Dekabr 2017 - 13:21

Putin FTX-yə əmr verdi:"Quldurları əsir götürməyin, yerindəcə məhv edin!"

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq teraktını törədən şəxslərin yaxalanması və ya zərərsizləşdirilməsi barədə göstəriş verib.

Bu barədə “İnterfaks” informasiya yayıb.

“Yeri gəlmişkən, dünən Federal Təhlükəsizlik Xidmətinin direktoruna quldurların tutulması istiqamətində çalışılması üçün göstəriş verdim. Əlbəttə ki, yalnız qanun çərçivəsində. Ancaq bizim əməkdaşlarımızın həyatına və sağlamlığına hər hansı bir təhdid olacağı halda qətiyyətli davranmağı, heç kimi əsir götürməməyi və quldurları yerindəcə məhv etməyi tapşırmışam”, – Putin deyib.

Qeyd edək ki, Peterburqdakı mağazalardan birində partlayış baş verib. Nəticədə 13 nəfər xəsarət alıb/Axar.az.