XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

28 Dekabr 2017 - 16:11

Baş Prokurorluqdan Fatma Abdullazadə haqda yayılan xəbərə reaksiya:"Ölkədən çıxışına qadağa qoyulmayıb"

Baş Prokurorluq Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Strateq.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında  bəzi KİV-də Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.

Qeyd edək ki, bu gün bəzi KİV-də Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə məlumatlar yayılıb.