XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

02 Yanvar 2018 - 10:43

“Etirazların arxasında ABŞ, Britaniya və Səudiyyə dayanır” –Rəsmi Tehrandan xəbərdarlıq

İrandakı etirazların arxasında ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanı dayanır.

Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamhani deyib.

O qeyd edib ki, həmin ölkələr sosial şəbəkələrdə etiraz aksiyalarının keçirilməsi ilə bağlı aparılan kampaniyaya rəhbərlik edirlər: "Bizim təhlillərimizə əsasən, İran əleyhinə yeni "heşteq"lərin 27 faizi Səudiyyə rəhbərliyi tərəfindən yaradılıb".

Ə.Şamhani etirazların bir neçə gündən sonra başa çatacağını bildirib.

Qeyd edək ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir. Aksiyalar zamanı 12 nəfərin öldüyü bildirilir/Trend.