XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

02 Yanvar 2018 - 11:26

İranda qarşıdurma şiddətlənir: etirazçılar gecə hərbi hissəyə hücum ediblər –Ölənlərin sayı 28-ə çatdı

İranda başlayan etiraz aksiyalarında ölənlərin sayı artıb.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası xəbər yayıb.

Bildirilib ki, ölkədə etirazlar bu gecə də davam edib. Nəticədə daha 9 nəfər həyatını itirib: "Bununla da ölənlərin sayı 28-ə çatıb".

Qeyd edilib ki, etirazçılar Tehran və ətrafında yerləşən hərbi hissə və polis məntəqəsinə hücum ediblər. Bu zaman tərəflər arasında qarşıdurma güclənib. Nəticədə 2 nəfər inqilab korpusunun üzvü də həlak olub, 7 nəfər isə etirazçı mülki şəxsdir.

Xatırladaq ki, işsizlik və yaşam şərtlərinin çətinliyi səbəbindən Məşhəddən başlayan etirazlar sürətlə digər iri şəhərlərə yayılıb.

Strateq.az