XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 Yanvar 2018 - 12:43

Netanyahudan İrandakı qarşıdurmaya reaksiya:"Tehrandakı rejim dəyişərsə..."

Tehrandakı rejim dəyişərsə, İran və İsrail xalqları arasında dostluq münasibətləri yarana bilər.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu danışıb.

“Bu rejim ümidsizcə aramıza nifrət toxumları səpməyə çalışır. Ancaq onlarda alınmayacaq. Bir gün bu rejim devriləndə İran və İsrail xalqları yenidən çox gözəl dost olacaqlar. İran xalqına azadlıq uğrunda mübarizədə uğurlar diləyirəm”, – Netanyahu bildirib.

Qeyd edək ki, İranın bir sıra iri şəhərlərində etiraz aksiyaları keçirilib. Bu aksiyalara ABŞ və israildən dəstəklər gəlir/Axar.az.