XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 January 2018 - 17:28

Tramp İran rejimini təhqir etdi, xalqa yenə dəstək mesajı verdi:"Nəhayət, xalq vəhşi rejimə qarşı hərəkətə keçdi..."

ABŞ prezidenti Tramp İrandakı etirazlarla bağlı daha bir, özü də daha sərt bir açıqama yayıb.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, Tramp budəfəki mesajında Tehran rejimini təhqir etməklə yanaşı, belə bəyanat verib: "İran xalqı, nəhayət, vəhşi İran rejiminə qarşı hərəkətə keçdi!".

ABŞ prezidenti İran iqtidarını hədəfə alaraq keçmiş prezident Obamaya da "ilişib".

O bildirib ki, Obama prezidentliyi dövründə axmaqca İrana verdiyi bütün pullar terrorizmə və rejimin cibinə gedib: "Ancaq xalqın yeyəcək çox az şeyi var, infliyasiya yüksəkdir və insan haqları yoxdur. ABŞ sizi izləyir".

Qeyd edək ki, Tramp dünənki açıqlamasında "İranda artıq dəyişikik zamanıdır" deyərək, xalqın yanında olduqlarını bəyan etmişdi.

Strateq.az