XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

03 Yanvar 2018 - 22:52

SEPAH komandanı 3 ölkəni və sabiq prezidenti fitnədə suçladı:"İğtişaşlar artıq başa çatıb"

"Bu gün fitnənin bitdiyi gündür. İğtişaşların təşkilatçıları və qatılanlardan çoxu, həmçinin münafiqlər həbs olundu.  Artıq iğtişaşlar başa çatdı".

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İranın İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general Məhəmməd Əli Cəfəri deyib.

SEPAH komandanı qeyd edib ki, rəhbərlik etdiyi qurum 3 şəhərdə – İsfahan, Lorestan və Həmədanda proseslərə qismən müdaxilə edib: "Əgər  təhlükəsizlik qüvvələri hazırlıqlı olmasaydı, bu fitnənin şiddəti çox geniş olardı".

O, İranda baş verən etirazları "fitnə" adlandıraraq, bunda 3 ölkəni – ABŞ, İsrail və Səudiyyə Ərəbistanın "barmağı"nın olduğunu bəyan edib: "Baş verən hadisələrdə bu üç ölkənin rolu var". 

SEPAH lideri bildirib ki, qeyd edilən üç ölkənin təlimatı ilə ölkədə qarışıqlıq salanların əsas təşkilatçıları həbs olunub və onların hamısı çox sərt cəzalandırılacaqlar.

O, ad çəkmədən və "keçmiş bir səlahiyyətli" deyərək işarə verdiyi İranın keçmiş prezident Mahmud Əhmədinejatın da etiraz aksiyalarında rolunun olduğunu iddia edib və sabiq prezidentə sərt xəbərdarlıq edib: "İnqilabın təməl prinsiplərini hədəfə alan açıqlamaları və son hadisələrlə bağlı bu adam haqqında təhlükəsizlik qüvvələri müvafiq araşdırma aparır. Əgər onun bu hadisələrdə rolu təsdiqlənərsə, gərəkli addımlar atılacaq".

Qeyd edək ki, SEPAH rəhbəri bu açıqlamasını bitirər-bitirməz İran mediası onun keçmiş prezident Mahmud Əhmədinejatı nəzərdə tutduğunu yazıb. Əlavə edilib ki, keçmiş prezident ölkədəki etirazlardan bir neçə gün öncəyə qədər tez-tez ölkə rəhbəriyi, məhkəmə sistemi və bir çox sosial məsələlər haqda (hansı ki, etirazçılar bunları qabardıb) sərt tənqidlər səsləndirib. 

Strateq.az