XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Yanvar 2018 - 10:35

“Amerika İranın nüvə proqramına dair daha uzunmüddətli sazişin bağlanmasını istəyir” –ABŞ-ın vitse-prezidenti

Rəsmi Vaşinqton İranın nüvə proqramına dair daha uzunmüddətli sazişin bağlanmasını istəyir.

Bunu "Amerikanın səsi” radiostansiyasına müsahibəsində ABŞ-ın vitse-prezidenti Maykl Pens bəyan edib.

"Hazırda biz Konqreslə yeni razılaşma və sanksiyaların tətbiqinə dair yeni şərtlər üzərində işləyirik. Biz uzun müddətə hesablanan sazişin tərəfdarıyıq. Əgər İran istifadəyə yararlı nüvə silahı və yaxud nüvə başlıqlı ballistik raketlər əldə etsə, ölkəyə qarşı bütün sanksiyalar dərhal bərpa olunmalıdır”, deyə M.Pens qeyd edib.

O həmçinin xatırladıb ki, İranla hazırkı razılaşmanın müddəti 10 il təşkil edir. 

Qeyd edək ki, İran və "altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb.   BMT TŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib.   Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

APA