XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2018 - 12:07

Bir neçə deputat AŞPA nümayəndə heyətinin tərkibindən çıxarıldı –Adlar

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.

Strateq.az Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin bir neçə deputatı Azərbaycanın qurumdakı nümayəndə heyətinin tərkibindən çıxarılıb.

Bundan əvvəl Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə Səməd Seyidov, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elxan Süleymanov, Rəfael Hüseynov, Rövşən Rzayev, Müslüm Məmmədov, Elşən Musayev, Vüsal Hüseynov daxil idi.

Saytın xəbərinə görə, AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılan deputatlardan birincisi Elxan Süleymanovdur. Digər iki deputat isə Müslüm Məmmədovla Elşən Musayevdir.

Qeyd edək ki, 77 yaşlı Elxan Süleymanov son zamanlar nə Milli Məclisin komitə iclaslarına, nə də iclaslara qatılırdı. Həm yaşı, həm də səhhəti nəzərə alınaraq, o, nümayəndə heyətinin tərkibindən uzaqlaşdırılıb.