XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Yanvar 2018 - 23:18

Makronla mətbuat konfransında fransız jurnalistin sualı Ərdoğanı hiddətləndirdi:"Sən anlayırsanmı bu nə qədər silahdır?" - VİDEO

Bu gün Fransada rəsmi səfərdə olan Türkiyə prezidenti Ərdoğan Fransalı həmkarı Emmanuel Makronla birgə mətbuat konfransı keçirib.

Strateq.az xəbər verir ki, konfransda Ərdoğan Türkiyənin Avropa Birliyinə daxil olmaq məsələsinin nə yerdə olduğu haqda suala sərt cavab verib: "Bu, bizi ciddi mənada yorduğu kimi, millətimi də ciddi mənada yorur. Yəni bəlkə də bu vəziyyət bizi bir qərara doğru sürükləyəcək. Onu da deyim ki, daha bizim "Nə olar, artıq bizi də birliyə daxil edin" deyəcək halımız yoxdur".

Fransız bir jurnalistin isə "Suriyada savaşan qruplara silah göndərdiyiniz üçün peşmansınız?"sualı isə Ərdoğanı bərk qəzəbləndirib: "Suriyaya kim silah göndərdi? Sən FETÖ ağzıyla danışırsan. Çünkü o əməliyyatı aparanlar  FETÖ-nün üzvləri idi. İndi hamısı içəridə, həbsdədirlər. Kəşfiyyat qurumlarının bu cür əməliyyatlarla silah daşıma və sair kimi işləri görmək haqqı var. Sən mənə bu sualı belə verirsən də, o zaman Amerikanın Suriyaya göndərdiyi 4 min tır dolu silahları niyə soruşmursan?! 4 min tır, anlayırsanmı bu nə qədər silahdır?…".

Strateq.az