XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2018 - 10:44

Tramp onu tənqid edən kitab barədə od püskürdü:“Qozbel Hillari Klinton da bu kartları oynayırdı..."

"Bir il davam edən təhqiqatdan sonra Rusiya ilə sövdələşmə məsələsi boşa çıxıb. Buna görə də demokratlar, onların tulaları, Saxta Xəbərlər Mediası köhnə Ronald Reyqan oyununu oynamağa başlayıblar və ruhi sağlamlıqdan və intellektdən dəm vururlar”

Strateq.az BBC radiosuna istinadən bildirir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp bu günlərdə onun haqqında çap olunmuş “Atəş və Qəzəb” kitabında yazılan ittihamlarla bağlı tvitterdə yazıb. ABŞ prezidenti adəti üzrə düşmənlərinin onun Amerikaya rəhbərlik vəzifəsinə yaramadığına dair iddilarını Tvitter-də təkzib edib və yazıb ki, o, "doğrudan da çox ağıllıdır" və "ruhi sabitliyi olan dahidir": “Əslində bütün həyatım boyu ən böyük iki kapitalım – ruhi sabitliyim və həqiqətən də ağıllı olmağım olub. Qozbel Hillari Klinton da bu kartları oynayırdı, amma bildiyiniz kimi oda düşdü".

Prezident daha sonra yazır: "Mən ən uğurlu bir biznesmendən ən zirvədə duran televiziya ulduzuna çevrilmişəm, ABŞ prezidenti olmuşam (elə birinci dəfədən). Məncə, bu ağıllılıq yox, dahilikdir…Çox sabit dahilik!"

Savadı haqqında şübhələrə cavab olaraq cənab Tramp yazıb ki, onun Pensilvaniya Universitetindən diplomu var: "Mən kolleclərin ən yaxşısında oxumuşam. Əla tələbə olmuşam. Ondan sonra milyardlarla dollar qazanmışam. Ən yaxşı biznes adamlarından birinə çevrilmişəm. Sonra televiziyaya keçmişəm. Orda 10 illik nəhəng uğurlarım olub. Yəqin, eşitmiş olarsınız, bundan sonra prezidentliyə namizədliyimi vermişəm və qalib gəlmişəm".