XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

09 Yanvar 2018 - 13:36

Cənubi Koreya ilə Şimali Koreya arasında danışıqların təfərrüatı açıldı –Detallar

Bu gün Şimali və Cənubi Koreya arasında Panmuncomun sərhəd məntəqəsində baş tutan görüş zamanı əldə olunan razılaşmanın təfərrüatları məlum olub.

Görüş zamanı, KXDR Cənubi Koreyada baş tutacaq Qış Olimpiada oyunlarına geniş nümayən heyəti göndərməyə razılıq verib. Cənubi Koreya öz növbəsində, oyunların açılış mərasimində hər iki ölkənin idmançılarının birləşməsi təklifini irəli sürüb.

Həmçinin, Seul hər iki ölkənin hərbçilərinin danışıqlara başlamağını təklif edib. Bu addım Koreya yarımadasında gərginliyin azaldılmasına səbəb olacaq.

Bundan başqa, Pxenyana fevralın 16-da yeni yüksək səviyyəli görüşlə bağlı təklif təqdim olunub. KXDR-in buna reaksiyası açıqlanmayıb.

Seul KXDR-ə qarşı irəli sürülmüş sanksiyaları müvəqqəti olaraq ləğv etmək niyyətini bildirib. Bu addım Qış Olimpiada oyunlarının keçirilməsi üçün vacib olacaq.

Danışıqların davam edəcəyi gözlənilir/Teleqraf.com.