XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

09 Yanvar 2018 - 16:56

Netanyahunun səs yazısı yayıldı:"Sərxoş idim, üzr istəyirəm..."

İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun 2015-ci ildə striptiz klubda sərxoş halda yoldaşları ilə etdiyi söhbətin səs yazısı yayılıb.

Axar.az xəbər verir ki, səs yazısını İsrailin ikinci kanalı yayıb.

Səs yazısında Yair Netanyahu dostuna atasının hökumət başçısı tərəfindən göstərilən lobbiçilik sayəsində qaz müqaviləsindən 20 milyard dollar əldə etdiyini bildirərək, ondan yüz dollar səxavət göstərməsini istəyir.

Məsələyə münasibət bildirən Yair Netanyahu alkoqolun təsiri altında söylədiyi fikirlərə görə peşman olduğunu deyərək üzr istəyib. O, qaz müqaviləsinin detalları ilə yaxından tanış olmadığını bildirib və bunun sadəcə axmaq bir zarafat olduğunu söyləyib.

Qeyd edək ki, səs yazısı İsraildə Aralıq dənizinin şelfində yerləşən yataqlardan əldə olunan gəlirlərin bölüşdürülməsinin müzakirə edildiyi zamanlara aiddir.