Qazaxıstan prezidenti Nursultan Nazarbayev yanvarın 16-da ABŞ-a səfər edəcək.
Strateq.az xəbər verir ki, bu barədə Ağ Evdən yazılı açıqlama verilib.
Bildirilib ki, Nazarbayev səfər çərçivəsində Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşəcək: "Görüşdə ikitərəfli münasibətlər və bölgədəki vəziyyət müzakirə olunacaq. Həmçinin, bu aydan BMT Təhlükəsizlik Şurasına müddətli sədrlik edən Qazaxıstanın başda Əfqanıstan olmaqla, digər bölgə ölkələri ilə əlaqələri istiqamətində fikir mübadiləsi aparılacaq".
Məlumata görə, Nazarbayev Trampla yanaşı, bir çox ABŞ rəsmiləri ilə görüşlər keçirəcək.
Onun BMT-də keçiriləcək toplantıya da qatılacağı gözlənilir.
Strateq.az