XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2018 - 16:38

“Nə qədər iqtidarda olacamsa, Türkiyədən bir adamı da ala bilməyəcəksiz” –Ərdoğandan ABŞ-a sərt ismarıc

"Türkiyə öz sərhədlərində baş verən hadisələri sonadək səssizcə izləyəcək bir ölkə deyil".

Strateq.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan bugünkü toplantıda deyib.

O, bildirib ki, Amerika YPG və PYD terror təşkilatlarını silahlandırmaqla ABŞ Türkiyənin səbrini sınağa çəkir: "Ancaq  Türkiyə baş verən hadisələri sonadək səssizcə izləyəcək deyil. Türkiyə Suriyada YPG və PYD terror təşkilatlarına qarşı hərbi əməliyyatları genişləndirmək gücünə və hüququna malikdir".

Ərdoğan onu da deyib, Türkiyə indiyədək Türkiyə ABŞ-ın tələbi ilə 12 terrorçu ekstradisiya etsə də, tutarlı əsaslar olmasına baxmayaraq, bu gündək Fəthulla Güləni Ankaraya təsim etməkdən yayınırlar: "Buna görə deyirəm, mən nə qədər iqtidarda olacağamsa, ABŞ Türkiyədən bir adamı belə ala bilməyəcək”.

Strateq.az