XƏBƏR LENTİ

15 Oktyabr 2018

Digər Xəbərlər

11 Yanvar 2018 - 21:15

“Biz təxribatçıların kim olduğunu bilirik” –Putinlə Ərdoğan telefonda müzakirə apardı

Bu gün Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putin arasında telefon danışığı olub.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığında bölgədə, əsasən də İdlibdəki vəziyyət, eyni zamanda Suriyadakı Rusiya hərbi bazasına dronlarla edilən qəfil hücum və Türkiyədə nüvə enerjili stansiyanın qurulması müzakirə edilib.

Məlumata görə, iki liderin söhbətində Putin bəzi media orqanlarında "Rusiya hərbi bazasına hücumda Türkiyənin də dəstəyi olub" ittihamlara da aydınlıq gətirib. O, bildirib ki, Suriyadakı Rusiya bazasına dronlarla hücumda Türkiyənin rolu olmayıb: "Biz bu hücumun arxasındakı təxribatçıların kim olduğunu bilirik".

Ərdoğan isə İdlibə Əsəd ordusunun hücumundan narahatlığını ifadə edib: "Hücumun dayanması Astana danışıqları üçün önəmlidir".

Strateq.az