XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 January 2018 - 17:08

Trampın “dəlikdən çıxanlar” sözü Afrika ölkələrini ayağa qaldırdı –54 ölkə lideri BMT-yə etiraz məktubu göndərdi

ABŞ Prezidenti Donald Trampın Konqres üzvləri ilə görüşündə Afrika ölkələrinin vətəndaşlarına xitabən işlətdiyi "dəlikdən çıxanlar" ifadəsi böyük etiraz doğurub. 

Strateq.az Türkiyə mətbuata istinadən xəbər verir ki, bununla bağlı 54 Afrika ölkəsi birgə bəyanat imzalayıblar:

"54 Afrika ölkəsi birgə bəyanatda Trampı irqçilikdə ittiham edərək, məktubla BMT-yə müraciət etdiklərini açıqlayıblar. Afrika liderləri məktubda Trampın açıqlamasını pisləyərək, ondan təcili üzr istəməsini tələb ediblər".