Türkiyənin Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ-ın Suriyanın nəzarət etdiyi ərazisində "sərhəd təhlükəsizliyi qüvvəsi" yaratmaq planını pisləyib.
O, Suriyanın ABŞ-ın nəzarət altında olan ərazisində Vaşinqtonun "sərhəd təhlükəsizliyi qüvvəsi" adlandırılan planının qəbuledilməz olduğunu bildirib.
"ABŞ terror təşkilatını qanuniləşdirən tədbir görür. Bu, narahatlığa səbəb olur və qəbuledilməzdir", – deyə o, bildirib.
Kalın vurğulayıb ki, Türkiyə ölkənin daxilində, eləcə də onun hüdudları xaricində terrorizmlə istənilən mübarizə hüququnu özündə saxlayır.
"Türkiyə öz təhlükəsizliyinin təminatı üçün bütün tədbirləri görəcək", – deyə o, qeyd edib/Report.
Xatırladaq ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya əsasını PKK-nın Suriya qolu PYD/YPG təşkil edəcək 30 minlik sərhəd təhlükəsizliyi qüvvəsi yaratmaq planı üzərində çalışdığınıl bəyan edib.
Açıqlamada bildirilib ki, bu qüvvənin missiyası İraq, Türkiyə sərhədlərini və Fərat çayı boyu sərhədi qorumaqdır.
Strateq.az